image-2000x150px
image-123
image-ads_atlas
image-b37060a1-60ec-3b47-a314-0abef3906d50_850-1-1backend

“Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” təsdiq olunub – FOTO

image-728x90px

Nazirlər Kabineti “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Sənədə əsasən, bu qərar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu dərc olunduğu gündən iki il sonra qüvvəyə minir.

Həmçinin bildirilir ki, bu qayda “Qida təhlükəsizliyi haqqında” Qanunun 27.4-cü maddəsinə uyğun olaraq hazırlanıb, qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi, o cümlədən qida subyektini həmin məhsullarla təchiz edən subyektləri və ya qida subyektinin məhsulları ilə təchiz olunan subyektlərin müəyyən edilməsi qaydasını tənzimləyir.

Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə şamil edilir. Qaydanın məqsədi qida subyektlərini qida və yem məhsulları, qida məhsulları əldə olunan heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların məhsulları ilə təchiz etdiyi subyektləri müəyyənləşdirməyə imkan verən izləmə sisteminin və prosedurlarının tətbiq olunmasını və bununla qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsini, habelə istehlakçıların (istifadəçilərin) qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsini təmin etməkdən ibarətdir.

Qaydada ümumi müddəalar, məhsulların izlənilməsinə dair ümumi tələblər və qida subyektlərinin izləmə sistemlərinə və prosedurlarına dair tələblər əksini tapıb.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki