Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayev əmək miqrantlarının uşaqlarının rus dili üzrə biliklərini yoxlayarkən onlara xüsusi münasibət göstərilməsini xahiş edib.
Onun sözlərinə görə, rus dili millətlərarası ünsiyyət dili hesab olunur və respublikanın Konstitusiyasında rəsmi dil kimi təsbit olunub.
“Bununla əlaqədar, mən rusiyalı tərəfdaşlarımıza müraciət edirəm: biz istərdik ki, uşaqlara, bizim ölkə vətəndaşlarına, yuxarıda qeyd olunanları nəzərə alaraq, onları məktəblərə qəbul edərkən və sınaq imtahanı keçirərkən onlara üstünlük verilsin”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Qırğızıstanın Ticarət və Sənaye Palatasının rəhbəri, respublikanın keçmiş baş naziri Temir Sariyev Rusiyada respublika vətəndaşlarına xüsusi status verilməsini tələb etmişdi.
DOĞRU.AZ