image-ads_n1karobka_mobile
image-depositphotos_27601779_l-2015-_1_-pic_32ratio_900x600-900x600-35139backend

Qırğızıstanda enerji çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edilib

Qırğızıstan hakimiyyəti enerji çatışmazlığının kəskin artması ilə əlaqədar növbəti üç il ərzində enerji sektorunda fövqəladə vəziyyət elan edib.

Bu barədə “Kommersant” yazır.

Avqustun 1-dən Qırğızıstanda ölkə daxilində artan elektrik enerjisi çatışmazlığı səbəbindən enerji sektorunda fövqəladə vəziyyət rejimi tətbiq edilir. Xüsusi rejim 31 dekabr 2026-cı il tarixinədək davam edəcək. Artan enerji qıtlığının əsas səbəbi Narın çayı hövzəsində su axınının aşağı səviyyədə olmasıdır ki, bu da yerli su elektrik stansiyalarında elektrik enerjisinin istehsalını azaldır. Eyni zamanda, respublikada istehlak sürətlə artır.

Nəşrin məlumatına görə, ölkə hakimiyyəti hələlik enerjiyə qənaət etmək üçün istehlakçıların mümkün bağlanmasından danışmır. Bununla belə, qəzetin mənbələri belə bir ssenarinin baş vermə ehtimalının olduqca yüksək olduğunu bildiriblər, çünki enerji sisteminin tənzimləyiciləri hər il qışda əhalidən səhər və axşam istehlakı azaltmağı xahiş edirlər. Bazar ekspertləri əlavə edirlər ki, su elektrik stansiyalarının istehsalı hava şəraitindən çox asılıdır, çünki qışda enerji istehlakının pik həddi çayların səviyyəsinin azalması zamanı baş verir.

Mənbə: Lenta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki