image-n1karobka_ads
image-123
image-img-20250514-wa0171backend

Qırğızıstanda Türk İrsi Mərkəzinə müasir avadanlıq təqdim olundu – Aktotı Raimkulovadan dəstək

Qırğızıstana işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulovanın iştirakı ilə Jusup Balasaqunı adına Qırğız Milli Universiteti nəzdində fəaliyyət göstərən Türk İrsi Mərkəzində rəsmi tədbir keçirilib. Tədbir zamanı Mərkəzə müasir multimedia avadanlıqlarının təqdimatı baş tutub.

Doğru.az xəbər verir ki, təqdim edilən avadanlığın ümumi dəyəri 2 milyon Qırğızıstan somudur. Bu dəstək Türk Mədəniyyəti və İrsi Fondunun türk dövlətlərində Mədəni İrs Mərkəzlərinin yaradılması proqramı çərçivəsində həyata keçirilib.

Tədbirdə çıxış edən Fondun Prezidenti Aktotı Raimkulova bildirib:

“Türk İrsi Mərkəzi türk dünyasının zəngin tarix və mədəni irsinin öyrənilməsi, qorunması və təbliğində mühüm rol oynayır. Fond olaraq mənəvi birliyi gücləndirən qurumlara dəstək verməyə davam edəcəyik. Bu texniki avadanlığın Mərkəzin elmi və təhsil layihələrinin inkişafında faydalı olacağına inanırıq.”

J. Balasaqun adına Qırğız Milli Universitetinin rektoru isə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

DOĞRU.AZ

image-img-20250514-wa0170 image-img-20250514-wa0169

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki