image-ads_n1karobka_mobile
image-dsc_2749backend

Qurban Qurbanova vəd verdilər, geri qayıtdı – MÜHÜM GƏLİŞMƏ VAR!

image-add-a-heading

AFFA İcraiyyə Komitəsi (İK) təqribən ayyarımlıq aradan sonra yenidən bir araya gəldi, müxtəlif məsələləri masaya yatırdı, bəzi qərarlar verdi.

Diqqətçəkən hadisə kimi yalnız bunu qeyd etməməliyik.

Komitənin son 5 toplantısına qatılmayan Qurban Qurbanovun yenidən sıraya dönməsi, SOCAR-ın binasında keçirilən iclasda axıradək iştirak eləməsi gerçəkdən mühüm hadisələrdir.

«Qarabağ»ın baş məşqçisinin müzakirələrdə aktiv iştirakına, öz mövqeyini birmənalı surətdə ortaya qoymasına dair məlumatlar var.

Bu, onu göstərir ki, ölkəmizin ən yaxşı futbol mütəxəssisi təsadüfən geri qayıtmayıb, ona yenə hansısa vədlər verilib.

O. incik idi. Gizlətməyə dəyməz. Özəlliklə ötən ilin ortasında verilən bəzi qərarlara etirazını bildirməsi məlumdur.

Premyer Liqada klub sayı, legioner limiti, millinin baş məşqçisinə aid mövzularda onun tutduğu mövqe dəstəklənmədiyi üçün sakit şəkildə kölgəyə çəkilmişdi.

Komitənin yığıncaqlarında iştirakdan qeyri-rəsmi imtinasının bununla əlaqədar olması şübhə doğurmur. Arada müəyyən umu-küsü, narazılıq var idi deyə, Qurbanov tamamilə kənara çəkilmişdi.

Əks halda, dörd iclasdan birinə qatılmağa vaxt tapardı. O isə hər dəfə bir səbəb gətirərək, İK-nin toplantılarına getməyi özünə rəva görmürdü.

Qurban bəyin budəfəki iclasda fəal iştirakı deməyə əsas verir ki, AFFA rəhbərliyi ilə bir formada anlaşıb. Ola bilsin, ona vəd verilib ki, səsləndirəcəyi təkliflər nəzərə alınacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki