image-2000x150px
image-screenshot_20220613-154442_gallerybackend

Qusarda şəhid Sərvər Abdulkərimovun büstü açılıb – FOTO

image-728x90px

Şəhid Sərvər Abdulkərimovun adını daşıyan Qusar rayon Balaqusar kənd orta məktəbinin qarşısında qəhrəman döyüşçünün büstü qoyulub. Büstün açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid Sərvər Abdulkərimovun ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və məktəbin kollektivi iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Sərvər Abdulkərimovun həyat və döyüş yolundan danışıb, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıblar. Sərvər kimi qəhrəman oğullarımızın qisasının alındığı, torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz sayəsində işğaldan azad olunduğu bildirilib. Qeyd edilib ki, ölkəmizdə şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur.

Sərvər Zeynəddin oğlu Abdulkərimov 1963-cü il dekabrın 16-da Qusar rayonunun Balaqusar kəndində doğulub. Birinci Qarabağ müharibəsində ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılan Quba-Qusar batalyonuna könüllü qoşulub. Batalyonun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub.

Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar.
Sərvər Abdulkərimov 1993-cü il dekabrın 27-də Füzuli rayonu ərazisində yerləşən Şişqaya uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Şəhidin həyat yoldaşı Şahzadə Abdulkərimova və qızı Ruqiyyə Hüseynova ailələri adından onlara hər cür dəstək göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən həyat yoldaşı ilə fəxr etdiyini deyən Ş.Abdulkərimova qeyd edib ki, dövlətimiz Sərvər kimi oğulların qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirir. Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

Şəhidin nəvələri Sərvər və İlknur hazırda Sərvər Abdulkərimovun adını daşıyan Balaqusar kənd orta məktəbində təhsil alırlar.

DOĞRU.AZ

image-16549369822663126271_750x500 image-16549369821677541312_750x500 image-16549369822134165397_750x500image-16549369824624118732_750x500

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki