image-2000x150px
image-123
image-ads_atlas
image-ukrainian-president-volodymyr-zelenskiy-arrives-to-attend-the-arab-league-summit-in-jeddahbackend

Rada 50 il ərzində İrana qarşı sanksiyaların tətbiqini dəstəkləyib

image-728x90px

Ukrayna Ali Radası İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə səs verib, ukraynalı deputat Aleksey Qonaçenko Telegram kanalında bildirib.

Qonçarenkonun dediyi kimi, sanksiyaları Radanın 328 deputatı dəstəkləyib, daha əvvəl bu qərarı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) verib.

Qətnaməni Radaya Ukrayna prezidenti Vladimir Zelenski təqdim edib və o, İran İslam Respublikasına qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməyi təklif edib. O cümlədən, təşəbbüs İranla ticarət əməliyyatlarına tam qadağa, Ukrayna ərazisində resursların tranzitinə, uçuşlara və daşımalara xitam verilməsini nəzərdə tutur.

Həmçinin, rəsmi Kiyev Tehrana qarşı bir sıra tədbirlər, o cümlədən İslam Respublikasına hər hansı sərmayə qoyuluşuna qadağa tətbiq edə bilər.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki