image-2000x150px
image-123
image-ads_atlas
image-1644921451_bez-nazvaniyabackend

Ramiz Mehdiyev hazırda işinin başındadır – RƏSMİ

image-728x90px
Ramiz Mehdiyev hazırda iş başındadır, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Mətbuat Xidmətinin rəhbəri Azada Balayeva “Musavat.com” saytının canlı yayımına qoşularkən bildirib.
 
“Biz Ramiz Mehdiyevin istefa verməsi ilə bağlı rəsmi məlumat vermişik. Mehdiyev yaşına görə istefa verdiyini bildirib. Rəyasət Heyəti də gələcəkdə onunla əməkdaşlıq edəcəyini deyib. İstefa ərizəsinin göndərilməsi ilə bağlı məndə məlumat yoxdur. Bu məsələ mənim səlahiyyətlərim çərçivəsində deyil. Prosedura görə, dövlət başçısı istefa ərizəsini imzalasa Rəyasət Heyəti yenidən toplaşaraq qərar verəcək ki, vəzifə səlahiyyətlərinin müvəqqəti icraçısı kim olsun. Hazırda isə Ramiz Mehdiyev işinin başındadır”,- deyə Azada Balayeva qeyd edib.
AMEA-nın prezidenti Ramiz Mehdiyev dünən istefa ərizəsi yazıb və hələ ki, ərizəsi təsdiqlənməyib.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki