image-2000x150px
image-123
image-ads_atlas
Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundubackend

Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundu

image-728x90px

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı keçirilib.

Doğru.Az” xəbər verir ki, yığıncaqda  AMEA prezidenti, akademik Ramiz Mehdiyev çıxış edib.

O, Rəyasət Heyətinin fevralın 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib.

Daha sonra Nizamnaməyə uyğun olaraq Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq R. Mehdiyevin müraciəti qəbul olunub.

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki