Ramiz Mehdiyevin qardaşı oğluna general rütbəsi verildi FOTObackend

Ramiz Mehdiyevin qardaşı oğluna general rütbəsi verildi FOTO

Doğru.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mehdiyev Telman Hüseynqulu oğluna xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Telman Mehdiyev uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışır. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Telman Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur. Telman Mehdiyevin qardaşı Nəriman Mehdiyev isə hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki