“Real Madrid” Federiko Valverde ilə bağlı gözlənilməz qərar verib.
Offsideplus.az xəbər verir ki, “kral klubu” 120 milyon avroluq təklif gələcəyi təqdirdə uruqvaylı futbolçunu satmağa hazırdır.
Bu barədə “AS” nəşri məlumat yayıb.
Valverde ötən həftə komanda yoldaşı Orelyen Çuameni ilə əlbəyaxa olmuşdu.
27 yaşlı futbolçu 2016-ci ildən “Real Madrid”in üzvüdür. O, burada 372 oyuna çıxıb və 41 qol vurub.
DOĞRU.AZ

























