image-n1karobka_ads
image-123
image-img-20230807-wa0045backend

“Regionlarda peşə təhsili həftəliyi” layihəsi uğurla başa çatır

image-ad_qayo_720x110px

Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda peşə təhsili həftəliyi” adlı layihəyə yekun vurur.
Ağcabədi, Beyləqan və Ağdam rayonlarında icra olunan layihə regionlarda peşə təhsilinin populyarlaşdırılmasını, peşə təhsili almış şəxslərin əməyinə olan tələbatın düzgün yönləndirilməsini, ali təhsil müəssisələrinə daxil olmaq şansı olmayan abituriyentlərin peşə təhsili almalarına stimullaşdırılmasını, habelə əhalinin məşğulluğunun qismən təmin edilməsini nəzərdə tuturdu. Eyni zamanda layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı planlaşdırırdı.
Qarşıya qoyulan məqsədlərin icrası üçün 4 ay müddətində ardıcıl iş aparılmış, təlimlər və görüşlər keçirilmiş, maarifləndirici askiyalar təşkil olunmuşdur.
Keçirilmiş təlimlərdə 270 nəfər, görüşlərdə 380 nəfər, səyyar məsləhət xidmətlərində isə 115 nəfər iştirak etmişdir.
Qeyd edək ki, layihə çərçivəsində əsasən qaçqın və məcburi köçkün gənclərin iştirakına üstünlük verilmiş və tədbirlər onların sıx məskunlaşdırığı ərazilərdə keçirilmişdir. Çünki onların Böyük Qayıdışdan öncə hər hansı peşəyə yiyələnməsi gələcək məşğulluqları üçün çox önəmlidir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki