image-fb_img_1657620979906backend

Regionlarda psixoloji maarifləndirmə marafonu keçirilib – FOTO

“Loqos” Psixoloji və Nitq Mərkəzinin  və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 4-6 iyul 2022-ci il tarixlərində Şəmkir, Tovuz və Ağstafa şəhərlərində psixoloji maarifləndirmə marafonu keçirilib.

Marafon çərçivəsində Şəmkir, Tovuz və Ağstafa şəhərlərində peşəkar mütəxəssislər tərəfindən bir sıra aktual olan psixoloji mövzularda maarifləndirici çıxışlar edilib, ödənişsiz diaqnostik konsultasiyalar həyata keçirilib.

Psixoloji maarifləndirmə marafonunda ümumilikdə 200-dək şəxs iştirak edib, 50-dən çox vətəndaş ödənişsiz diaqnostik konsultasiyalardan yararlanıb.

Qeyd edək ki, marafonun həyata keçirilməsinin məqsədi, bölgələrdə yaşayan əhalinin psixoloji cəhətdən maarifləndirilməsi, insanlara ödənişsiz psixoloji dəstək göstərilməsidir. Layihənin gələcəkdə digər bölgələrimizdə də keçirilməsi nəzərdə tutulur.

image-fb_img_1657620982452 image-fb_img_1657620984938 image-fb_img_1657620987006 image-fb_img_1657620989314 image-fb_img_1657620991315 image-fb_img_1657620993235 image-fb_img_1657620995224 image-fb_img_1657620997194 image-fb_img_1657620999048


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki