image-2000x150px
image-123
image-ads_atlas
image-tn-logobackend

Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir

image-728x90px

İyulun 1-dən Təhsil Nazirliyinin strukturuna daxil olan 5 Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən vətəndaşların müraciət, şikayət və təkliflərinin videoqəbul formatında dinlənilməsinə başlanılıb.

Videoqəbul həyata keçirən Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin siyahısı aşağıdakı kimidir:

  • 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Kəlbəcər, Xocalı);
  • 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd);
  • 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Şirvan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Cəbrayıl);
  • 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Masallı, Yardımlı, Cəlilabad);
  • 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Lənkəran, Astara, Lerik).

Videoqəbulun təşkilində əsas məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığının təmin edilməsidir. Videoqəbulların keçirilməsi müraciətlərin operativ həlli istiqamətində səmərəlilik qazandırır.

Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 avqust 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb. 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatda təşkil edilir.

19 aprel 2021-ci il tarixindən etibarən mövcud pandemiya şəraiti nəzərə alınaraq regionlarda da (Bakı, Gəncə, Sumqayıt, Quba, Lənkəran) vətəndaşların qəbulu videobağlantı vasitəsilə həyata keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki