Reuters xəbər verir ki, ABŞ-ın Texas ştatının Dallas şəhəri naməlum hücumçular tərəfindən sındırılıb.
“FTB hadisədən xəbərdardır və Dallas şəhəri ilə koordinasiya aparır”, – agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, haker hücumu məhkəmələrin işinin dayanmasına səbəb olub, şəhərin polis və yanğınsöndürmə idarələrinin saytları isə əlçatmaz qalıb. Polis qeyd edib ki, ziyana şəhərin kompüter dispetçer sistemi də dəyib.
Agentliyin məlumatına görə, hücumun arxasında Royal haker qrupu dayana bilər və ABŞ-da ölkənin ən böyük şəhərlərindən birinə Conti qrupunun hücumuna məruz qaldığı ehtimal edilir.
Mənbə: Reuters
Doğru.az