Keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter “Dialogue Works” YouTube kanalına müsahibəsində Vladimir Zelenskinin müttəfiqlərin Kiyevə verdiyi vədləri yerinə yetirməməsi səbəbindən çətin vəziyyətə düşdüyü barədə fikir bildirib.
“O, istədiyi yardımı almır, ona qırıntılar verilir” dedi Ritter.
Onun sözlərinə görə, Zelenski vəziyyətin nəzarətində olduğunu bütün dünyaya göstərmək üçün istənilən sərsəm addımlar atmağa hazırdır.
Həmçinin, “Başqa Ukrayna” hərəkatının rəhbəri, ölkədə qadağan olunmuş “Müxalifət Platforması – Ömürlük” partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib ki , Zelenskiyə görə Ukrayna məhvə məhkumdur.
País daha əvvəl yazmışdı ki, Kiyevin müttəfiqləri münaqişəni dayandırmaq üçün Zelenskiyə təzyiq göstərməyə başlayıblar.
Mənbə RİA Novosti