image-n1karobka_ads
image-123
image-68d951a8ae5ac976313ef970backend

Robert Köçəryan və Vladimir Putin rejissor Tiqran Keosayanın vəfatı ilə bağlı başsağlığı verib

image-ad_qayo_720x110px

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan rejissor Tiqran Keosayanın vəfatı ilə bağlı başsağlığı verib.

Doğru.az xəbər verir ki, Köçəryan Telegram hesabında yazıb: “Görkəmli rejissor və tanınmış teleaparıcı Tiqran Keosayanın vaxtsız vəfatı haqqında xəbər məni kədərləndirdi. Onun ailəsinə, qohumlarına və dostlarına, eləcə də Tiqran Edmondoviçin istedadının bütün pərəstişkarlarına dərin hüznlə başsağlığı verirəm”.

Keosayan 60 yaşında dünyasını dəyişib. Rusiya Prezidenti Vladimir Putin də rejissorun ailəsinə başsağlığı verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki