Türkiyənin “Roketsan” müdafiə sənayesi şirkəti İstanbulda keçirilən IDEF 2025 beynəlxalq müdafiə sərgisində yeni raket buraxılış sistemini təqdim edib. Qeyd olunur ki, bu sistem adi yük konteyneri formasında maskalanaraq hazırlanıb.
Doğru.az xəbər verir ki, təqdim edilən buraxılış qurğusu altı və ya on iki metr uzunluğunda yük konteynerinə yerləşdirilib və 6 ədəd “Kara Atmaca” yer-yer qanadlı raketinin buraxılması üçün nəzərdə tutulub.
Bundan əvvəl eyni sərgidə Türkiyənin ilk hipersəs ballistik raketi olan “Tayfun Blok 4” də ictimaiyyətə təqdim olunmuşdu.
DOĞRU.AZ