SOCAR-ın sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin qol saatının markası və qiyməti ilə bağlı məlumat yayılıb.
”Doğru.Az” xəbər verir ki, “Sancaq” səhifəsi saatın “Patek Philippe Nautilus” – Stainless Steel 5712/İA olduğunu yazıb.
Bildirilib ki, bu markanın qiyməti 100 min dollaradır (170 min manat).