image-n1karobka_ads
image-123
image-marko-rubio-yenibackend

Rubio: Avropa müharibəyə çağırır, ABŞ isə sülh istəyir

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Romaya səfəri zamanı o, kardinallardan birindən Avropanın hərbi münaqişə, Vaşinqtonun isə sülh tərəfdarı olduğunu eşidib.

Bu barədə RİA Novosti yazır.

“Görüşdüyüm kardinallardan biri dedi: “Amerika prezidentinin sülh istəməsi bizim üçün çox qeyri-adi haldır, bəzi avropalılar isə sanki dünya alt-üst olubmuş kimi daim hərbi işlərə çağırırlar”, – deyə agentlik Rubionun sözlərini sitat gətirir.

O, ABŞ prezidenti Donald Trampın müdafiəyə deyil, iqtisadiyyata pul yatırmağa üstünlük verdiyinə aydınlıq gətirib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Amerika lideri Donald Tramp özünü məhdudiyyətlərin deyil, razılaşmaların tərəfdarı adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki