image-n1karobka_ads
image-123
image-17097117295050050708_1200x630backend

Rusiya hökumətinin sədri Bakıda şəhidlərin xatirəsini anıb

image-ad_qayo_720x110px

Ölkəmizdə səfərdə olan Rusiya hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki