image-ads_n1karobka_mobile
image-ap956609487084-pic_32ratio_900x600-900x600-55521backend

Rusiya taxıl müqaviləsi olmadan Afrikanı “qidalandıra” bilər

Rusiya Federasiyası taxıl müqaviləsi olmadan ehtiyacı olan ölkələrin taxıla olan tələbatını ödəməyə qadirdir. 

RİA Novosti xəbər verir ki, bu fikri Almaniya Bundestaqının deputatı, Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyasının üzvü Valdemar Gerdt bildirib.

Onun sözlərinə görə, Rusiya özü Afrikanın böyük ehtiyacını öz ərzaq ehtiyatları ilə ödəyə bilər və “bunu mütləq edəcək”. Siyasətçinin fikrincə, taxıl müqaviləsinə xitam verilməsi ehtiyacı olan ölkələrin və xalqların, o cümlədən Afrikanın vəziyyətinə ciddi təsir göstərməyəcək.

“Biz hamımız başa düşürük ki, bu taxılın çox cüzi bir hissəsi ehtiyacı olan ölkələrə getdi” dedi.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki