image-n1karobka_ads
image-123
image-683ab29702e8bd1cce63537bbackend

Rusiya və Ukrayna danışıqları Ərdoğanın ofisində baş tuta bilər

Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi böyük ehtimalla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı administrasiyasının ofisində baş tutacaq.

“Çox güman ki, yenə Dolmabaxçadakı iş ofisində”, – RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər verir.

Ofis İstanbulun tarixi rayonlarından birində eyniadlı sarayın yaxınlığında yerləşir.

İyunun 2-də İstanbulda danışıqların yeni mərhələsi gözlənilir.

Gözlənilir ki, Rusiya tərəfi gələcək sülh müqaviləsinə həsr olunmuş memorandum təqdim edəcək və bu memorandum münaqişənin əsas səbəblərini aradan qaldırmaq üçün zəruri olan aspektləri özündə əks etdirəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki