Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Avstriya kansleri Karl Nehammerin Braziliyanın Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək təşəbbüsünü dəstəkləməsi müsbət siqnaldır.
RİA Novosti xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu onu deməyə əsas verir ki, avstriyalılar Ukraynadakı münaqişənin “daha realist planlar” əsasında sülh yolu ilə həllinin zəruriliyini anlamağa başlayıblar.
Bundan əvvəl Avstriya Xarici İşlər Nazirliyi Twitter-də Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünü “təcili olaraq” genişləndirməyə çağırıb.
Mənbə: RİA Novosti

























