“Rusiya” xüsusi uçuş dəstəsinin İl-62M təyyarəsi İstanbul hava limanına eniş edib.
Bu barədə Flightradar24 xidmətinin məlumatında deyilir.
Təyyarə mayın 14-də axşam saatlarında Rusiya paytaxtından havaya qalxıb.
Türkiyəyə eniş Moskva vaxtı ilə saat 03:15-də baş tutub.
Bundan əvvəl Kreml Rusiya tərəfinin mayın 15-də İstanbulda Ukrayna nümayəndələrini gözləyəcəyini xatırladıb.
DOĞRU.AZ