image-2000x150px
image-123
image-ads_atlas
image-06fc919c-cba3-4abf-9e7e-e037c3d30ac0backend

 Rusiyada Azərbaycanın turizm imkanları təbliğ edilir. 

image-728x90px

 

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın Moskva şəhərində keçirilən “MITT” beynəlxalq səyahət və turizm sərgisində təbliğ edilir.

Rusiya və MDB məkanı üzrə aparıcı sərgidə 108 kvadrat metrlik sahəni əhatə edən milli stendimizdə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, Dağ Yəhudiləri Muzeyi, Abşeron Hotel Qrupu ilə birlikdə 8 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, dağ və qış turizmi imkanları, eləcə də ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumat verilir.

Həmçinin digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 75 256 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51% artımdır. 2023-cü ilin fevral ayı ərzində Rusiyanın 14 şəhərindən Bakıya birbaşa 400 reys həyata keçirilib.

DOĞRU.AZ

image-1d37f47c-c71f-438a-9dd3-8a61729704d4 image-2efcf126-f444-4c0a-a7ac-765dfdcc5e14   image-162aba97-a126-4951-9bfd-073fc0a69843 image-913f0bd9-6b72-43ca-907e-2988a6c6152b image-ba3dfd78-489b-4b3a-b105-6dc0b583f129 image-bbcd687f-203b-4443-8f17-67390ef12a92 image-bd92595b-e549-4746-9304-9fd15421efba image-c5890954-97ac-40d1-bf31-e61f09a3c743 image-cb7137b6-c67d-4932-93dd-294a534965a6

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki