image-2000x150px
image-123
image-ads_atlas
image-zelzele_dunyabackend

Rusiyada güclü zəlzələ oldu

image-728x90px

Kuril adaları sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Doğru.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Onun sözlərinə görə, seysmik hadisə aprelin 28-də saat 10.04-də (Moskva vaxtı ilə 2.04) qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 42 kilometr şimal-şərqdə Sakit okeanda yerləşib.

Semenova qeyd edib ki, yeraltı təkanların mənbəyi 95 kilometr dərinlikdə olub.

O deyib ki, iki mindən bir qədər çox insanın yaşadığı Severo-Kurilsk şəhərinin sakinləri yer səthinin iki bal gücündə titrəyişlərini hiss ediblər.

Stansiya rəhbəri qeyd edib ki, xəsarət alan və dağıntı yoxdur, sunami xəbərdarlığı elan edilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki