image-n1karobka_ads
image-123
image-68d9407502e8bd0b622fcfbfbackend

Rusiyada Hindistan nömrələri ilə yeni fırıldaqçılıq sxemi

image-ad_qayo_720x110px

Rusiya Daxili İşlər Nazirliyinin İnformasiya və Kommunikasiya Texnologiyalarının Qanunsuz İstifadəsi ilə Mübarizə İdarəsi vətəndaşları yeni saxtakarlıq üsulu barədə xəbərdar edib.

Doğru.az xəbər verir ki, fırıldaqçılar Hindistan kodlu nömrələrdən istifadə edərək vətəndaşları aldatmağa çalışırlar. Nazirliyin məlumatına görə, ilk baxışda zənglər +916 ilə başlayır. Halbuki +91 kodu Hindistana məxsusdur və ondan sonrakı “6” rəqəmi Naqpur və ya Kattaka kimi şəhərlərə aid olur. Digər tərəfdən, +7 916… kombinasiyası Rusiyanın Moskva vilayəti və MTS operatoruna aiddir. Bu bənzərlikdən istifadə edən fırıldaqçılar insanların diqqətsizliyini ələ alırlar.

Qurum vətəndaşlara xəbərdarlıq edərək belə zənglərə ehtiyatla yanaşmağı tövsiyə edib.

Xatırladaq ki, daha əvvəl fırıldaqçıların təmassız ödənişlər vasitəsilə vətəndaşların pulunu ələ keçirmək üçün bank proqramları adı altında zərərli tətbiqlər yaydığı barədə məlumat verilmişdi.

T.Hunterin təhqiqat departamentinin direktoru İqor Beder isə RT-yə açıqlamasında zənglərin kəsilməsinin də əlavə təhlükələr yaratdığını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki