Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıq saytı yaradıblar.
Cütlük tapmaq üçün parametrlər olaraq sistem Cattell-in psixoloji testini rəhbər tutur – qeydiyyatdan keçərkən istifadəçi bir neçə suala səslə cavab verir və gələcək tərəfdaşın vacib şəxsi xüsusiyyətlərini göstərir.
Sankt-Peterburq Dövlət Universitetinin tərtibatçıları qrupu unikal funksionallığı olan yeni onlayn tanışlıq saytını təqdim edib.
Layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki, əsas vəzifə səslə müəyyən edilən parametrlər əsasında cütlük seçməkdir. Bu məqsədlə şəxsiyyət xüsusiyyətlərini müəyyən etməyə kömək edən Cattell psixoloji testindən istifadə olunur.
Mənbə: Gazeta.ru