image-ads_n1karobka_mobile
image-saakasvilibackend

Saakaşvili məhkəmə qarşısında qarnını açıb

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə olunduğu Vivamedi klinikasından videobağlantı vasitəsilə növbəti məhkəmə prosesinə qoşulub.

İki dəfə məhkum olunmuş siyasətçi köynəyini qaldıraraq, qarnını kameraya göstərməklə arıqlamağa davam etdiyini göstərib.

Tbilisi Şəhər Məhkəməsində 2007-ci ilin noyabrında etiraz aksiyasının dağıdılması ilə bağlı Saakaşvilinin işi üzrə məhkəmə prosesi keçirilib. İclasda o, barəsində başlanmış bu və digər cinayət işlərində özünü günahsız hesab etdiyini bildirib. Siyasətçi həbsin onu “sındırmayacağını” və Gürcüstanın siyasi proseslərində fəal iştirakını davam etdirəcəyini də vurğulayıb.

Mənbə: Sputnik


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki