image-ads_n1karobka_mobile
image-1682487211_2016-12-28-21-58-05dem-qazibackend

Sabah Bakının bu rayonunda qaz olmayacaq

image-add-a-heading

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Doğru.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsal Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki