image-n1karobka_ads
image-123
image-214143_dkind83ajcbackend

Sabah Bakıya qar YAĞACAQ

image-ad_qayo_720x110px

Milli Hidrometeorologiya Xidmətindən “Doğru.az“.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi, ayrı-ayrı yerlərdə isə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə və gündüz 1-4° isti, atmosfer təzyiqi 757-766 mm civə sütunu, nisbi rütubət isə 80-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, sulu qar və dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşməsi və arabir duman müşahidə olunacağı ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda isə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki