image-n1karobka_ads
image-123
image-1561e3db8bec0adbackend

Sabah bəzi bölgələrdə çovğun olacaq

image-add-a-heading

Milli Hidrometeorologiya Xidməti yanvarın 18–19-da Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edib.

Doğru.az xəbər verir ki, Gəncə, Naftalan, Samux, Goranboy və Daşkəsən rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 20,8–28,4 m/san-dək güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında, həmçinin Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabad rayonlarında isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürəti 13,9–20,7 m/san təşkil edəcək.

Qeyd edək ki, güclü küləklə bağlı vətəndaşlara ehtiyatlı olmaları tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki