Sabah Keşlə kəndində su təchizatı qismən dayandırılacaq.
Day.Az -ın məlumatına görə , bu barədə Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Keşlə kəndinin bir hissəsini içməli su ilə təmin edən əsas su kəmərinin zədələnmiş hissəsinin dəyişdirilməsi işləri ilə əlaqədar olaraq, yanvarın 19-da ərazidə su təchizatında müvəqqəti fasilə qeydə alınacaq.
DOĞRU.AZ




























