Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.
Doğru.az xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edib. Doğru.az məlumatına görə, “Bank Respublika Arena”da təşkil olunan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edib.
Bu qələbə sayəsində “Sabah” 34 xalla liderliyə yüksəlib. Ağdam təmsilçisi isə 33 xalla ikinci pilləyə enib.
İnstagram üçün qısa başlıq: “Sabah” qalib gəldi: 2:1
DOĞRU.AZ




























