Azərbaycanda yanvarın 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam isə mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3–6, gündüz 10–15 dərəcə isti təşkil edəcək.
Rayonlarda isə səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntı, dağlıq ərazilərdə qar gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11–16 dərəcə isti, dağlarda gecə 0–5 dərəcə şaxta, gündüz 7–12 dərəcə isti olacaq.
DOĞRU.AZ




























