image-2000x150px
image-123
image-ads_atlas
image-media-sabirabad-y0as1cxkq82li5bv6juo-620x460backend

Sabirabad səhiyyəsində ACINACAQLI MƏNZƏRƏ: Baş həkim heç kimdir…

image-728x90px

Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif şikayətlər, problemlər dərc olunur. Baş verənblərdən xəstəxana rəhbərliyinin xəbəri olmasına baxmayaraq problemlər və şikayətlər yerində qalmaqda davam edir.

MilliYol.az-a daxil olan məlumatada bildirilir ki, Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib.

Baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb.

Məlumatda qeyd olunur ki, bu gün ölkədə ən çox korrupsiyalaşmış tibb müəsissələrindən biri məhz Sabirabad Mərkəzi Xəstəxanasıdır və xəstəxananın korrupsiya yuvasına çevrilməsinin əsas səbəbi isə baş direktor Ənvər Lumanovun baş həkimi demək olar ki, bütün səlahiyyətlərindən məhrum etməsi ilə bağlıdır. Biz iddia etmirik ki, xəstəxananı baş həkim İkram Allahverdiyev idarə etsəydi, orda korrupsiya olmayacaqdı. Amma fakt odur ki, Ənvər Lumanov xəstəxananın idaredilməsini Lalə Dadaşovaya tapşırandan sonra, tibb müəsissəsi bazara çevrilib.

Saatlı rayonundan olan və uzun müddət dərman firmasında işləyən Lalə Dadaşovanın Sabirabad Mərkəzi Xəstəxanasına gəlib çıxma tarixçəsi də maraqlıdır. Bildirilir ki, Lalə Dadaşova dərman firmasında işlədiyi dövrdə Qaratəpə kənd xəstəxanasında pediatr işləyən Ənvər Lumanovla tanış olub. Məhz bu tanışlıqdan sonra Lumaovla Dadaşova arasında şəxsi iş birliyi yaranıb.

Daha sonra Ənvər Lumanov rayon mərkəzi xəstəxanasının baş həkimi təyin edilib və o 2018-ci ildə Lalə Dadaşovanı doğum şöbəsinə kiçik tibb bacısı kimi işə düzəldib. 2020-ci ilin əvvəlində Ənvər Lumanov Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru təyin olunub və fevral ayında xanım Dadaşova baş tibb bacısı kimi fəaliyyətə başlayıb.

Məlumatda qeyd edilir ki, bu gün Sabirabad Xəstəxanasında mövcud olan korrupsiyanın başında üç şəxs dayanır. Bunlar baş direktor Ənvər Lumanov, onun sağ əli baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev. Pandemiya dövründə bu üçlüyün saxta milyonlara imza atdığı deyilir.

Qeyd edilir ki, hazırda Sabirabad xəstəxanasına işə girməyin ən asan yolu məhz Lalə Dadşova ilə görüşüb, razılaşmaqdan keçir. Baş direktorun əvəzindən danışan xanım Dadaşova tez-tez xəstəxana işçilərini belə açıq şəkildə təhqir etməkdən çəkinmir. Xəstəxanaya ayrılan dərmanlar da baş tibb bacısının əli ilə satılır.

Qeyd edilir ki, hazırda Sabirabad xəstəxanasına işə girməyin ən asan yolu məhz Lalə Dadşova ilə görüşüb, razılaşmaqdan keçir. Baş direktorun əvəzindən danışan xanım Dadaşova tez-tez xəstəxana işçilərini belə açıq şəkildə təhqir etməkdən çəkinmir. Xəstəxanaya ayrılan dərmanlar da baş tibb bacısının əli ilə satılır.

Aldığımız məlumata görə Lalə Dadaşova xəstəxana işçilərindən məcburi yığdığı rüşvətlə bağlı bir neçə dəfə narazılıq yaransa da, baş tibb bacısı açıq şəkildə bəyan edir ki, yığdığı pulların çox hissəsi baş direktor Ənvər Lumanova çatır.

Xəstəxanada işləyən hər kəs yaxşı bilir ki, baş direktoru idarə edən, yönləndirən məhz Lalə Dadşovadır. Ona görə də hər kəs baş tibb bacısının qarışısnda məsuliyyət daşıyır və əslində buna heç məsuliyyət daşımaq da demək olmaz. Xəstəxanada həkim çatışmamazlığı da Sabirabad səhiyyəsinin problemlərindən biridir. Çünki həkimlər Lalə Dadaşova ilə anlaşaraq kənarda pul qazanmağa üstünlük verirlər.

Qeyd edək ki, Ənvər Lumanovla Lalə Dadaşovanın və Rasim Vəliyevin pandemiya dövründə həyata keçirdikləri korrupsiya əməlləri barədə növbəti yazımızda oxucularımıza daha ətraflı məlumat verəcəyik.

image-1661239389_01 image-1661239405_02
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki