image-2000x150px
image-123
image-ads_atlas
image-33345-pic_32ratio_1200x800-1200x800-23740backend

“Samsung” şirkəti “Apple”ın Avropadakı bazar payını geri almaq niyyətindədir

image-728x90px

Samsung Qərbi Avropa bazarında birinci yeri tutub və iPhone istifadəçilərini cəlb etməklə öz payını artırmağı planlaşdırır.

Bu barədə “9to5mac” portalı “Canalys”in araşdırmasına istinadən məlumat yayıb.

Canalys analitiklərinin fikrincə, Samsung 2023-cü ilin birinci rübündə Qərbi Avropada smartfon bazarının 35%-lik payı ilə Apple-ı keçib. Eyni zamanda, Apple-ın payı 33%, Xiaomi-nin payı isə 15% olub.

Analitiklər onu da qeyd edirlər ki, “Samsung” bazarda öz mövqeyini möhkəmləndirmək niyyətindədir. Bunun üçün Cənubi Koreya şirkəti yeni orta və yüksək səviyyəli smartfonlar buraxaraq Apple-ın strategiyasını kopyalaya bilər ki, bu da Samsung-un gəlirlərini artıracaq.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki