image-n1karobka_ads
image-123
image-685685aa02e8bd6a2241fe4ebackend

Sasunyan: Paşinyanın kilsə işlərinə qarışmağa haqqı yoxdur

ABŞ-dakı erməni diasporunun nümayəndəsi, “California Courier” qəzetinin baş redaktoru Harut Sasunyan erməni apostol kilsəsini müdafiə edən iş adamı Samvel Karapetyanın həbsini şərh edərkən bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın kilsənin işlərinə qarışmaq hüququ yoxdur.

“Paşinyanın belə dildən istifadə etməsi çox təəssüf doğurur. O, hökumətin bir hissəsidir və kilsənin işlərinə qarışmağa haqqı yoxdur”, – RİA Novosti onun sözlərini sitat gətirir.

Bundan əvvəl Sasunyan qeyd edib ki, Paşinyan onunla razılaşmayanlara dözməyən diktator kimi davranır.

Ermənistan məhkəməsi iyunun 18-də Karapetyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib . O, guya hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur.

İttihamlar iş adamının Paşinyanın ona qarşı sərt bəyanatlarından sonra Erməni Apostol Kilsəsini müdafiə etmək üçün çıxışından sonra irəli sürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki