image-n1karobka_ads
image-123
image-68b9037202e8bd5b2642fec5backend

Sberbank ilin sonunda faiz dərəcəsini 14% gözləyir

image-ad_qayo_720x110px

Sberbank-ın baş direktoru German Qref ilin sonuna qədər Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin 14% səviyyəsində olacağını proqnozlaşdırır.

Doğru.az xəbər verir ki, o, bu fikri Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərlə görüşdə səsləndirib. “İlin sonunda daxili hesablamalarımıza görə bu nisbət təxminən 14 faiz bəndi olacaq”, – deyə Qref bildirib.

Eyni zamanda, bank rəhbəri iqtisadiyyatın canlanması üçün 12% və ya daha aşağı dərəcənin zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl hökumət güzəştli ipoteka proqramına əlavə olaraq 100 milyard rubldan çox vəsait ayırmışdı. VTB isə sentyabr ayında əsas faiz dərəcəsinin azaldılması üçün iki mümkün variantı açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki