Müğənni Şəbnəm Tovuzlu yay istirahətini oğlu Əli ilə birlikdə Türkiyədə keçirir.
Doğru.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında övladı ilə paylaşdığı görüntülərlə izləyicilərinin diqqətini çəkib. Videoda Şəbnəm və Əlinin dəniz kənarında xoş vaxt keçirdiyi, səmimi və mehriban görüntüləri yer alıb.
İzləyicilər ifaçının ana-övlad münasibətini yüksək qiymətləndirərək paylaşıma müsbət rəylər yazıblar. Şəbnəm Tovuzlu isə istirahətini ailəsi ilə keçirməyin onun üçün ən böyük xoşbəxtlik olduğunu bildirib.
DOĞRU.AZ