image-2000x150px
image-123
image-ads_atlas
image-18092_sgc94ajsshbackend

Şəhid adı ilə bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ

image-728x90px

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

Doğru.az xəbər verir ki, sözügedən layihənin 2-ci maddəsinə dördüncü hissə əlavə edilir. Həmin əlavədə bildirilir ki,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki