image-2000x150px
image-123
image-ads_atlas
image-inshot_20240312_005540431backend

Şəhid ailələri və qazilər üçün bayram tədbiri keçrildi – FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi keçirildi. Tədbir Beynəlxalq Muğam Mərkəzi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyi, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyi birgə təşəbbüsü ilə həyata keçirilib. 

Şəhid ailələri və qazilərimizə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla yanaşılır. Bunu göstərmək üçün xüsusi layihələr həyata keçirilir.

Tədbirə başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

“Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İB-nin sədri, əməkdar artist Nuriyyə Hüseynova, Sara Xatun Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Abbasova, Beynəlxalq Muğam Mərkəzinin direktoru əməkdar artist, tarzən Sahib Paşazadə və Medpro MMC-nin rəhbəri Hidayət Heydərova söz verilib. Onlar qonaqları salamlayaraq, Novruz bayramı münasibətilə onları təbrik ediblər.

Təşkilatçı ictimai birliklərin rəhbərləri ölkəmizdə Novruz bayramının önəmindən və artıq daha da coşqulu qeyd olunmasından bəhs ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir.

Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Onlar Şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində olmasından və şəhidlərimizə Allahdan rəhmət, qazilərə can sağlığı arzu ediblər.

Daha sonra musiqi proqramı və ziyafətə başlanılıb. Tədbirdə Çilənay Huseynova, Tural Salmanov, Zakir Əliyev, Zabitə Alıyeva, Rəvan Qacayev, Bulbul adına məktəbin tələbələri “Zəfər” kompazisiyası, Milli Konservatoriyanın muğam sinifi Nuriyyə Huseynovanın tələbələri, Ramal İsrafilov, Nisbət Sədrayeva və Nuriyyə Huseynova ifa ediblər.

Sonda Ləzzət Şirniyyatın təşkilatçılığı ilə şəhid ailələri və qazilərə hədiyyələr təqdim olunub.

DOĞRU.AZ

image-fb_img_1710190084885image-fb_img_1710190087397image-fb_img_1710190090296image-fb_img_1710190092170image-fb_img_1710190094161image-fb_img_1710190096100image-fb_img_1710190098010

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki