image-2000x150px
image-123
image-ads_atlas
image-ilham-aliyevbackend

Şəhid ailələrinin və qazilərin Cənab Prezidentə müraciəti – VİDEO

image-728x90px

Şəhid ailələrinə, qazilərə, imkansız ailələrə dəstək olan, qəlbi yaxşılıqla döyünən, insanların hər zaman imdadına yetən, bir sözlə insanlıq simvolun özündə cəmləşdirən Tural Zeynalov. Minlərlə ailəyə sevinc yaşadan, körpələrin üzünü hər zaman güldürən bir xeyriyyəçi insan, günahsız olmasına rəğmən, dəmir barmaqlıqlar arasında hansı səbəbdən cəza çəkməsi hələdə məlum deyil.

Doğru.Az xəbər verir ki, xalqa dəstək olan Tural Zeynalovun azadliğa buraxılması üçün Şəhid ailələri və qazilər Cənab Prezident Ilham Əliyevə məktub ünvanlayıblar.

Müraciətdə:

Cənab Prezidentin Şəhid ailələrinə və qazilərə verdiyi dəyərdən və diqqətindən danışılıb. Sizə müraciətimiz, xeyriyyəçi insan, şəhid ailələri və qazilərə hər zaman diqqət ayıran və qayğısını əsirgəməyən Şəmkir rayonunda xeyriyyəçi kimi tanınan, hər kəs tərəfindən sevilən Tural Zeynalovun qanunsuz həpsi ilə bağlıdı.

Onun həbsi kiçikdən böyüyə hamını – bütün Tural sevərləri çox məyus edib. Tural Zeynalovu tanıyan hər bir insan onun haqqında yalnız ağızdolusu danışır və onu sevən hər kəs, urəyi insanlıqla döyünən bu xeyriyyəçinin qanunsuz həbsinə çox narahatdı.

Şəmkirdə Tural Zeynalovun sayəsində bütün Şəhid bulaqları yenidən bərpa olundu. Şəhid ailələrinə, qazilərə, xəstə uşaqlara dəstəyini görən heç kim onun qanunsuz həbsdə olmasına biganə qala bilmir.

Hörmətli Cənab Prezident, Ali Baş Komandan Ilham Əliyev, Sizdən artıq dərəcədə xahiş edirik, hətta yalvarırıq Tural Zeynalovun azadlığa çıxması, məhkəmənin ədalətlə keçməsi üçün aidiyyatı orqanlara xüsusi tapşırıq verməyinizi Sizdən rica edirik.

Əminik ki, Sizin humanistliyiniz sayəsində Tural Zeynalov övladlarına qovuşacaq, xərçəng xəstəliyindən əziyyət çəkən atasının gözləri yolda qalmayacaq.

Belə bir xeyriyyəçi insanın həbsdə olması minlərlə ailənin, xəstəlikdən əziyyət çəkən körpələrin ümidsiz və gözü yaşlı qalması deməkdi. Etdiyi bu qədər yaxşılıqlara görə ona minnətdarlıq edəndə “mənə yox Cənab Prezidentə təşəkkür edin” deyirdi.

28 aprel 2022-ci il tarixdə Gəncə Appelyasiya Məhkəməsində Tural Zeynalovun növbəti məhkəməsi keçiriləcək.

Cənab Prezident Sizin sayənizdə və həmçinin hüquq mühafizə orqanlarının rəhbərliyinin köməyi sayəsində xeyriyyəçi iş adamı Tural Zeynalovun azadlığa qovuşacağına çox inanırıq.

Tanrı bu yolda yardımçınız olsun.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki