image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240405-wa0159backend

Şəhid İlqar Əhmədova həsr olunan “İki oğul acısı” kitabı təqdim olundu – FOTO

image-728x90px

İkinci Qarabağ müharibəsində şəhid olan İlqar Əhmədov və qardaşı Vüqar Əhmədova həsr olunmuş “İki oğul acısı” adlı kitabın təqdimatı keçirilib.

Doğru.az xəbər verir ki, 5 aprel tarixində Namiq Fərəczadə adına 100 nömrəli məktəbdə şəhidin həyat və döyüş yolundan bəhs edən, ailəsinin, yaxınlarının, döyüş yoldaşlarının, müəllimlərinin İlqar Əhmədovla bağlı xatirələrini bölüşdüyü, şəhidin keçdiyi şərəfli həyat yolu ilə bağlı şeirlərin də daxil edildiyi “İki oğul acısı” kitabının təqdimatı keçirilib.

Təqdimat dövlət himni və Şəhidimizin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra şəhid və qardaşının həyatını əks etdirən videolent təqdim olunub.

Şəhidin ailəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Sevinc Süleymanova, orta məktəbdə onlara dərs demiş müəllimləri və döyüş yoldaşları söz alaraq xatirələrini bölüşüblər.

DOĞRU.AZ

image-img-20240405-wa0160 image-img-20240405-wa0161

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki