image-2000x150px
image-123
image-ads_atlas
image-20210331_095415backend

Şəhid Kamran Quluzadənin xatirəsinə bulaq istifadəyə verilib – FOTOLAR 

image-728x90px

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin baş komandanlığı ilə 44 günlük Vətən müharibəsində Ağsu rayonu Gəgəli kəndindən 100-ə qədər gənc iştirak edib. Həmin gənclərimizdən baş leytenant Kamran Quluzadə, əsgərlər Mürvət Məmmədyarov, Vüsal İbişov və Elmir Süleymanlı qəhrəmancasına şəhid olublar. Şəhidlər rayon və kənd camaatının iştirakı ilə xüsusi mərasimlə Ağsu rayonu Gəgəli kəndi Zeyvə nənə qəbristanlığında dəfn olunublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidləri ölümündən sonra müxtəlif medallarla təltif edib.

Martın 30-da Ağsu rayonu Gəgəli kənd sakini, hazırda Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan baş leytenant Kamran Quluzadənin atası Pərviz Quliyev oğlunun xatirəsinə Maştağa qəsəbəsində öz vəsaiti hesabına inşa etdiriyi xatirə-bulağı istifadəyə verib. Xatirə-bulağın istifadəyə verilməsi mərasimində şəhid ailələri, qazilər, Millət vəkili Tahir Kərimli, Gəgəli Bələdiyyəsinin sədri Fariz Xəlilli, Maştağa qəsəbəsi və Gəgəli kəndinin sakinləri iştirak ediblər. Şəhid Kamran Quluzadənin ailəsi xatirə-bulağın ərsəyə gəlməsində köməklik göstərən bütün aidiyyatı qurumlara minnətdarlıq ediblər.

 

 

Baş leytenant Kamran Quluzadə Heydər Əliyev adına Ali Hərbi Məktəbi xüsusi təyinatlı texnikalar ixtisası üzrə bitirib. Naxçıvan Muxtar Respublikası Xüsusi Təyinatlı Qüvvələrində zabit kimi hərbi xidmət göstərən Kamran Quluzadə könüllü olaraq Vətən müharibəsinə qatılıb və Füzuli istiqamətindən başlayaraq döyüşlərdə iştirak edib. Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında şücaət göstərib. Onun sonuncu döyüşü Xocavənd rayonu Tuğ kəndi istiqamətində olub. Ayaqlarından mərmi yarası alan Kamran Quluzadə həm cəbhə yoldaşlarına kömək edib, həm də son qanına qədər döyüşüb, şəhid olub.

Millət vəkili Tahir Kərimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi Vətən müharibəsində qələbəni şəhid Kamran Quluzadənin timsalında Azərbaycan zabit və əsgərləri qazanıblar. Bu gün şəhidin atasının Maştağa qəsəbəsində xatirə-bulağı istifadəyə verməsi rəmzi məna daşıyır. Kamran Quluzadələr şəhidlik təşnəsinə susamışdılar. Qoy onların xatirəsinə ucaldılan belə bulaqlar yoldan keçənlərə, suya ehtiyacı olanlara su mənbəyi olsun.

 

 

Gəgəli Bələdiyyəsinin sədri Fariz Xəlilli bildirib ki, Kamran Quluzadə uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Kəndə təşkil edilən arxeoloji tədqiqatlara qatılıb, oxumağa, öyrənməyə meyilli olub. O, öz maaşından ayırıb digər imkansız uşaqlara da təhsil almalarında köməklik edib.

Mərasimdə iştirak edənlər xatirə-bulağı inşa etdirdiyi üçün şəhidin ailəsinə minnətdarlıq ediblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki