image-n1karobka_ads
image-123
image-20d5ec11b704e7c-1backend

Şəhidlər xatirəsi – 1 dəqiqəlik sükut

image-add-a-heading

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Doğru.az xəbər verir ki, bu zaman nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib, xalq şəhidlərin xatirəsini yad edib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən bu gün 36 il ötür. Həmin gecə Sovet qoşunları Azadlıq Meydanına və paytaxtın bir sıra küçələrinə yeridilərək dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı silah və ağır texnika tətbiq edib, Bakıda qırğınlar törədib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki