Aşura Günü münasibətilə ölkə üzrə keçirilən könüllü qanvermə aksiyası davam edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, saat 10:00-a olan göstəriciyə əsasən, 362 nəfər vətəndaş qan verib. Onlardan ümumilikdə 162,9 litr qan tədarük olunub.
Qanvermə aksiyası 30 şəhər və rayonda, 38 məntəqədə keçirilir. Onların 23-ü məscid və ziyarətgah, 15-i isə tibb müəssisəsidir.
Aksiya Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən birgə təşkil olunub və qana ehtiyacı olan xəstələrə yardım məqsədi daşıyır.
DOĞRU.AZ