image-2000x150px
image-fotojet-18backend

Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıda I Milli Pediatriya Konqresi keçirilir – FOTO

image-728x90px

Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin (AzPC) təşkilatı dəstəyi ilə Bakıda I Milli Pediatriya Konqresi keçirilir.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə keçirilən konqresdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və konqresin təşkil olunmasının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir:

“Respublikamızda son illər bu sahədə mühüm nailiyyətlər əldə olunub. Bununla belə, pediatrik xidmətin keyfiyyətin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun mütəxəssislər olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlığının təmin etməsində Prezident İlham Əliyevin Sərəncamları ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətli rolu var”.

Öz çıxışlarında Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) prezidenti Ənvər Həsənoğlu, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunun (AzDHTİ) rektoru Nazim Qasımov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Türk Pediatriya Qurumunun sədri Haluk Çokuğraş, Türk Neonatoloji Dərnəyinin sədri Esin Koç, PAUDER Dərnəyinin sədri Bumin Dündar və digərləri konqresin işini yüksək qiymətləndirərək, gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, konqres çərçivəsində 7 nəzəri və praktik kurs keçirilib və təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Konqres öz işini panel sessiyalarla davam etdirib. Mövzu ilə bağlı suallar verilib, müzakirə aparılıb.

I Milli Pediatriya Konqresi dekabrın 24-dək davam edəcək.

 

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ