image-n1karobka_ads
image-123
image-1746868195644764698_1200x630backend

Səhiyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib – FOTO

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il keçir.

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.

Bu barədə  nazirlikdən bildirilib. Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikada peşəkar tibbi kadrların hazırlanması da məhz Ulu Öndərin adı ilə bağlıdır.

DOĞRU.AZ

image-17468681954311344524_1200x630 image-17468681951089151622_1200x630 image-17468681956451912790_1200x630 image-17468681956212438205_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki